"Şahbaz Quliyevin sağlıq durumu normal vəziyyətdədir"

"Şahbaz Quliyevin sağlıq durumu normal vəziyyətdədir"

18 Oktyabr 2017 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

"Aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən Dövlət Komissiyasına verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcərrayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistan Respublikasının İrəvan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb. Saxlanma yerinə qaytarılma prosesi 16 oktyabr 2017-ci il tarixdə həyata keçirilib".

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, zəruri müayinə prosedurlarını keçmiş Şahbaz Quliyevin səhhətində hər hansı problem aşkar edilməyib, sağlamlıq durumu normal vəziyyətdədir.

"Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Quliyev müayinə üçün İrəvan şəhərinə aparılarkən və saxlanma yerinə geri qaytarılarkən müvafiq prosedurlara uyğun olaraq, Dövlət Komissiyası məlumatlandırılıb", - deyə məlumatda bildirilir.