"Azərbaycan bizim üçün mühüm ölkədir" - Vitold Vaşçikovski

"Azərbaycan bizim üçün mühüm ölkədir" - Vitold Vaşçikovski

18 Oktyabr 2017 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir. Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır. Bizim əməkdaşlığımız region baxımından önəmli ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın Xarici işlər naziri Vitold Vaşçikovski Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla 25 illik intensiv əməkdaşlığımız olub: "Bu tarixi Prezident İlham Əliyevin bu il Polşaya səfəri ilə qeyd etdik. Gələn il Polşa prezidentinin Azərbaycana səfərini gözləyirik. Azərbaycan regionda, həmçinin enerji ehtiyatları təchizatçısı kimi bizim üçün mühüm ölkədir".

Polşanın Xarici işlər naziri Vitold Vaşikovski deyib: "Azərbaycan kimi təhlükəsiz ölkə polşalı turistlər üçün maraqlı ola bilər. Biz "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlığı müzakirə etdik. Növbəti ay sammit olacaq və biz bu qrup çərçivəsində əməkdaşlığı müzakirə edib, genişləndirə biləcəyik. Hər iki ölkə çətin qonşuluqda yaşayır. Biz bu böhranla üzləşmək və bizim tərəfdən yaranmayan problemlərin həllində ictimaiyyətin rolunu müzakirə etdik. Hər iki ölkə regionda sülh və təhlükəsizliyin tərəfdarıdır".