Terrorçulara 3500 TIR silah göndərildi

Terrorçulara 3500 TIR silah göndərildi

14 Oktyabr 2017 20:38
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Türkiyə ordusu Suriyanın İdlib vilayətində terrorçu qruplaşmalara qarşı əməliyyat keçirir.

Lent.az-ın bu bölgəyə ezam edilmiş əməkdaşı Səbuhi Məmmədli hazırda Türkiyə-Suriya sərhədində hadisələrin gedişini izləyir.

Əməkdaşımız sərhədin sıfır nöqtəsindən yazır ki, jurnalistlərə Suriyaya keçməyə icazə vermirlər. Ancaq orada media təmsilçiləri üçün xüsusi qərargah yaradılıb və Türkiyə hərbi və siyasi rəsmiləri mütəmadi açıqlamalar verirlər. Türkiyə baş nazirinin müavini Bekir Bozdağ jurnalistlərə açıqlama verərək bildirib ki, Suriyadakı kürd terrorçu qruplaşmaları olan PYD-yə 3500 tır silah göndərildiyinə dair məlumatları var: "Biz o silahların PYD-yə çatmasına imkan verməyəcəyik".

S.Məmmədli bildirir ki, Türkiyə-Suriya sərhəddinə doğru yüzlərlə suriyalı axın edir. Bu barədə daha ətraflı məlumat verəcəyik.