Ərdoğan: ABŞ bütün dünyaya yalan danışır

Ərdoğan: ABŞ bütün dünyaya yalan danışır

13 Oktyabr 2017 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ nümayəndələri İstanbulda həbs olunmuş konsulluq əməkdaşı Mətin Topuzla görüşə bilmədikləri barədə yalan danışırlar.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

"ABŞ bütün dünyaya yalan danışır. Konsulluq əməkdaşının 4 oktyabrda həbsindən sonra heç kim onunla görüşməyi qadağan etməyib. Onlara sənəd lazımdır? Həmin sənədi XİN yox, məhkəmə verəcək", - Ərdoğan deyib.

Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Türk mediası sözügedən qərarın ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulması ilə bağlı olduğunu yazıb.