KTMT generalı: Qarabağın həll yolu sülhdür

KTMT generalı: Qarabağın həll yolu sülhdür

12 Oktyabr 2017 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ konflikti yalnız sülh yolu ilə həll edilə bilər.

Axar.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahlar rəisi general-polkovnik Anatoli Sidorov söyləyib.

"Hazırda əsas məqsəd balansı saxlayıb, gələcəkdə konflikti həll etməkdir. Müxtəlif strukturların müxtəlif fəaliyyətləri ilə yəqin ki, sülh və sakitlik bərqərar olacaq. Mən əminəm ki, həll yalnız sülh yolu ilə mümkündür", – deyə o bildirib