Rusiyanın növbəti baş naziri türk olacaq?

Rusiyanın növbəti baş naziri türk olacaq?

11 Oktyabr 2017 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

RF qanunlarına görə prezident seçkilərindən sonra hökümət istefaya getməlidir. Ona görə də baş nazir kreslosu uğrunda indidən gərgin mübarizə başlayıb. Rusiya mətbuatı indiki baş nazir Dmitri Medvedyevin yerinə ən ehtimal olunanların adlarını çəkməyə başlayıb.

Putinə yaxın olan ətraf namizədlər arasında daha çox RF Mərkəzi Bankın sədri Elvira Sahibzadovna Naibulinanın şanslı olduğunu söyləyir.

Elvira Naibulina 1963-cü ildə Ufada tatar ailəsində anadan olub. Atası Sahibzadı, anası Züleyxa sıravi işçilər olub. Elvira 2013-cü ildən Rusiya Federasiyası Mərkəzi Bankının sədridir.

V.Putin noyabrın sonu, dekabrın əvvəllərində gələn ilin martında keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini elan edəcək. Baş nazirin kim olacağı da seçkilərə təsir edən vacib faktorlardan biridir.Moderator.az