Ukraynadan Çexiyaya cavab: Torpaqlarımızı satmırıq

Ukraynadan Çexiyaya cavab: Torpaqlarımızı satmırıq

11 Oktyabr 2017 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna öz ərazisi və suverenliyini ticarət vasitəsi kimi istifadə etmir.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radasının sədr müavini İrina Qeraşenko paylaşıb.

"Ukrayna heç vaxt Çexiya liderinin təklifini qəbul etməyəcək. Biz öz vətəndaşlarımız, suverenliyimiz, ərazimiz, şərəfimizlə ticarət aparmayacağıq. Torpaqlarımız satılmır", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Çexiya Prezidenti Miloş Zeman Krım məsələsini artıq bitmiş məsələ adlandırıb. Krım böhranının Ukraynaya kompensasiya verməklə həll oluna biləcəyini söyləyib.