Ukrayna Bakının yolunu seçir: Rusiyaya gedişlər dayandırılır

Ukrayna Bakının yolunu seçir: Rusiyaya gedişlər dayandırılır

10 Oktyabr 2017 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın aqressor kimi tanınmasından sonra bu ölkəyə yalnız kəşfiyyatçılar və xəfiyyələr getməlidirlər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov söyləyib.

"Biz kəşfiyyatçıları ora göndərmək üçün yol tapa bilərik. Ukraynada hazırda aktiv şəkildə 5-ci kolon çalışır. Rusiya tərəfindən maliyyələşdirilən kolon ölkədə qeyri-stabillik yaratmaq istəyir. Fikrimcə, Rusiyanın aqressor kimi tanınmasından sonra buraya spesifik funksiya yerinə yetirən adamlar getməlidirlər", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Qarabağ savaşından sonra Ermənistana bütün səfərləri qadağan edib.