Xamenei türkcə bilməyən türkə irad tutdu

Xamenei türkcə bilməyən türkə irad tutdu

9 Oktyabr 2017 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneinin Tehranda azərbaycanlı (türk) şəhid ailəsini ziyarəti zamanı şəhidin oğlu ilə maraqlı dialoqu olub.

Axar.az xəbər verir ki, Ayətulah Xamenei uşaqla söhbətinin sonunda ondan türk, ya fars olduğunu soruşur. Xameneinin "Türksən, ya fars?" sualına uşağın anası övadının türk dilini bilmədiyini, amma deyilən sözləri başa düşdüyünü qeyd edir.

Xamenei isə uşaqlarla türk dilində danışmağın vacibliyini vurğulayır.