Almazbek Atambayev Soçi görüşündə iştirak etməyəcək

Almazbek Atambayev Soçi görüşündə iştirak etməyəcək

9 Oktyabr 2017 16:57
170
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstan prezidenti Almazbek Atambayev Soçidə MDB ölkələrinin başçılarının iclasında iştirak etməyəcək.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, səfərin ləğv edilməsi bəzi siyasətçilərin prezident seçkiləri günündə kütləvi qarışıqlara hazırlığa cəlb olunması faktı ilə bağlıdır.

"Prezident bəzi siyasətçilərin prezident seçkiləri günündə kütləvi qarışıqlara hazırlığa cəlb olunmasını, həmçinin onların xaricdən aldığı maliyyə dəstəyini nəzərə alaraq, ölkədə təhlükəsizliyə şəxsən nəzarət etmək üçün öz işgüzar səfərini ləğv etməyə qərar verdi", - açıqlamada deyilir.

Atambayevin Soçi səfəri 10-11 oktyabr tarixlərinə planlaşdırılmışdı. Səfər çərçivəsində prezidentin rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulmuşdu. Soçidə Qırğızıstan nümayəndə heyətinə baş nazir Sapar İsakov başçılıq edəcək.

Qeyd edək ki, Qırğızıstanda növbəti prezident seçkiləri 2017-ci il noyabrın 19-da keçiriləcək.

Ömər Dağlı