3 gündən sonra Kataloniyanın müstəqiliiyi elan edilə bilər

3 gündən sonra Kataloniyanın müstəqiliiyi elan edilə bilər

6 Oktyabr 2017 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Kataloniya parlamenti oktyabrın 9-da keçirəcəyi iclasda bölgənin müstəqilliyinin elan edilməsi məsələsini müzakirə edəcək.

"Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Kataloniya hökumətinin Xarici işlər departamentinin rəhbəri Raul Romeva deyib. O qeyd edib ki, Madrid və Barselona arasındakı münasibətlərdə yaranmış böhranı məhkəmə qaydası ilə deyil, siyasətçilər arasında dialoq yolu ilə həll etmək lazımdır.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyanın İspaniyadan ayrılması üzrə referendum keçirilib. Referendumda səsvermə hüququ olan 5,31 milyon nəfərdən 2,26 milyonu iştirak edib. Səs verənlərin 90 faizi Kataloniyanın müstəqilliyinin tərəfdarı olublar.