Azərbaycan əhalisi Avropaya etibar edirmi?

Azərbaycan əhalisi Avropaya etibar edirmi?

6 Oktyabr 2017 09:36
203
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan əhalisinin 47%-i Avropa İttifaqı haqqında müsbət fikirdədir.

Mediainfo.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı haqqında təsəvvürlə bağlı Azərbaycanda keçirilən ictimai rəy sorğusunda bildirilir. Sorğu "ŞərqTərəfdaşlığı" Proqramı və ACT LLC tərəfindən keçirilib.

Rəy sorğusuna əsasən, Azərbaycan əhalisinin 51%-i Avropa İttifaqına inanır. Əldə edilən göstərici BMT (35%) və NATO ( 32 %) ilə müqayisədə kifayət qədər yüksəkdir.

Azərbaycanlıların 68%-dən çoxu Avropa İttifaqı ilə əlaqələrin yaxşı olduğunu fikirləşir, bu isə region üzrə göstəricidən (61%) yüksəkdir. Əhalinin 33%-i qurumun Azərbaycana maliyyə dəstəyi haqqında məlumata malikdir, 65%-i isə (region üzrə göstərici 53%) maliyyə dəstəyinin effektiv olduğunu deyib.

Sorğunun məqsədi Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" Proqramına qoşulan ölkələrin əhalisinin qurum haqqında fikirlərini öyrənməkdən ibarət olub.

Azərbaycan Avropa İttifaqı "Avropa Qonşuluq Siyasəti"nin, "Şərq Tərəfdaşlığı" Proqramının, Avropa Şurasının üzvüdür.

2017-ci ilin fevralında Avropa İttifaqı ilə Azərbaycan arasında başlayan danışıqlarla yeni strateji əməkdaşlığın təməli qoyulub. Avropa İttifaqı Azərbaycanın ümumi ticarət balansının 51%-ni təşkil etməklə, ölkənin əsas ticarət tərəfdaşıdır.

Avropa İttifaqı Azərbaycana texniki avadanlıqlar ixrac edir, Azərbaycandan isə neft və qaz (ümumi idxalın 98%-ni təşkil edir) idxal edir.