Ermənistandan acı etiraf: Biz buna qadir deyilik

Ermənistandan acı etiraf: Biz buna qadir deyilik

4 Oktyabr 2017 18:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan öz müdafiəsini tam təmin etmək iqtidarında deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Rusiya-Ermənistan birləşmiş qruplaşması ilə bağlı razılaşmanın müzakirəsi zamanı söyləyib. Onun sözlərinə görə, bu müqavilənin ratifikasiyası Ermənistanın milli təhlükəsizliyi konsepsiyasına uyğundur:

"Biz ya o, ya da bu hərbi blokda olmalıyıq. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını seçdik, çünki ona alternativ Türkiyə idi, bizim isə orada işimiz yoxdur. Erməni-rus münasibətləri müttəfiq xarakter daşıyır. Ermənistan və Rusiya eyni təhlükəsizlik sistemi olan KTMT-də yer alır".