Prezidentin görüşü: “Leonardo” Azərbaycana nə sata bilər...

4 Oktyabr 2017 18:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktor Alessandro Profumonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin rəsmi saytı xəbər verir ki, görüşdə Profumo ilk dəfə Bakıda olduğunu, aldığı təəsüratlardan məmnun qaldığını ifadə edib. O, cəmi bir neçə ay əvvəl-may ayında şirkətin baş icraçı direktoru təyin edildiyini xatırladıb və ilk xarici səfərini Azərbaycana etdiyini deyib. Profumo bildirib ki, Azərbaycan onun təmsil etdiyi şirkət üçün böyük əhəmiyyət daşıyr.

Prezident İlham Əliyev Alessandro Profumonu "Leonardo" şirkətinin baş icraçı direktoru təyin olunması münasibətilə təbrik edib. Dövlət başçsısı"Leonardo" şirkətinin keçmiş baş icraçı direktoru Mauro Moretti ilə görüşünü xatırlayaraq Alessandro Profumonun ilk xarici səfərini Azərbaycana etməsini ölkəmizə olan marağın yaxşı göstəricisi kimi dəyərləndirib.

Görüş zamanı "Leonardo" şirkəti ilə ölkəmizin bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, "Silkway" şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirəedilib.

Bəs "Leonardo" şirkətinin fəaliyyət sahəsi nədir, bu şirkət nələr istehsal edir və onunla tərəfdaşlıq Azərbaycan üçün hansı əhəmiyyət kəsb edə bilər?

Virtualaz.org qeyd edir ki, "Leonardo" Avropanın ən aparıcı hərbi-sənaye və maşınqayırma şirkətlərindən biridir. Saytında göstərildiyi kimi "Leonardo" geniş çeşiddə silah-sursat, hərbi texnika istehsalı ilə məşğuldur. Bu baxımdan şirkətlə Azərbaycan arasında artıq ikinci dəfədir keçirilən danışıqların olduqca mühüm sövdələşmələrlə bağlı olduğunu təxmin etmək olar.

Beləliklə, "Leonardo" şirkətinin istehsal etdiyi məhsulların bir qisminə nəzər salaraq görmək olar ki, şirkət geniş çeşiddə mülki və hərbi təyinatlı vertolyotların istehsalı ilə məşğuldur. Bura AW seriyasından olan həm dəniz platformalarına enə bilən kiçiktutumlu vertolyotlar, həm iri nəqliyyat vertolyotları, o cümlədən dünyada ən çox satılan çoxfunksiyalı AW109LUH hərbi vertolyotları daxildir.

Habelə "Leonardo" şirkəti döyüş əməliyyatlarının idarə edilməsi, silahlı qüvvələrə qəfil meydana çıxan təhdidlər qarşısında çevik və qətiyyətlə hərəkət etməsi üçün nəzərdə tutulan avtomatlaşdırılmış sistemlərin istehsalı ilə məşğuldur. Hazırda şirkət döyüş əməliyyatlarının idarə edilməsi üçün özündə vericiləri, optik-elektron sistemləri, C4I platforması və ona əlavələri özündə birləşdirən kombinə edilmiş sistemlər üzrə bazarda liderdir.

"Biz tək əsgərdən tutmuş iri hərbi birləşmələrin-briqada və ya birləşmiş qoşun qruplaşmalarının tərkibində yer alan bölmələrin C4ISTAR sistemi ilə təchizatını həyata keçiririk, bu sistemin bütün imkanlarını müştərilərimizə təqdim edirik"-"Leonardo" şirkətinin saytında bildirilir. C4I "gələcəyin əsgəri" konsepsiyası əsasında hazırlanan, məlumatların avtomatik olaraq komanda məntəqəsindən döyüş postuna və geriyə ötürülməsini, habelə videomüşahidə sistemləri ilə əldə olunan məlumatların online ötürülməsini təmin edən sistemdir.

"Leonardo" şirkəti dəniz və quru sərhədlərinin, ayrıca götürülmüş ərazilərin mühafizəsi üzrə qabaqcıl sistemlərin (İntegrated Systems for Border & Territory Control və Integrated Systems for Maritime & Coastal Surveillance) istehsalı ilə məşğuldur. Bu sistemlər eyni vaxtda bir neçə mənbələrdən alınan məlumatların toplanması, analizi və ötürülməsi üçün nəzərdə tutulub. Sistemlər Argos-30VS radarları ilə təchiz edilib.

Bundan əlavə "Leonardo" şirkəti özünün Land & Naval Defense Electronics Division törəmə şirkəti vasitəsilə Hava Hücumundan Müdafiə sistemlərinin işlənib hazırlanmasını, müştərilərə çatdırılmasını həyata keçirir. Bu sistemlər istənilən hava və raket hücumlarından, o cümlədən ballistik raketlərdən müdafiə üçün geniş imkanlar təqdim edir. Sistemlərə bir sıra altsistemlər, o cümlədən radarlar, idarəetmə vasitələri, rabitə və elektron döyüş vasitələri daxildir.

"Leonardo" şirkəti müştərilərinə hərbi təlim təyyarələrinin bir neçə tipini də təklif edir. Bura M-345, M-346, M—346FA və s. daxildir. Şirkətin təqdim etdiyi məhsullar sırasında geniş çeşiddə torpeda raketləri (Black Arrow, Black Scarpion, MU90 və digərləri), vertolyotlarda və gəmilərdə quraşdırılmaq üçün nəzərdə tutulmuş 7.62 mm-lik dəzgahlı pulemyotlar, 20 mm-lik, vertolyotlar üçün nəzərdə tutulmuş yüngül avtomatik toplar da yer alır.

Şirkət zirehli döyüş texnikasının üzərində quraşdırılmaq üçün nəzərdə tutulan müxtəlif tipli döyüş qüllələrinin istehsalı ilə də məşğuldur. Məsələn, bunlardan HITFIST® OWS döyüş qüllələri ən son elektron vasitələrlə təchiz edilmiş avtomatik idarə edilən döyüş qülləsidir. Qüllə asanlıqla istənilən təkərli və ya tırtıllı zirehli texnikanın üzərində quraşdırıla bilər. Onun silahlanmasına 25 və ya 30 mm-lik avtomatik top daxildir, qülləyə əlavə olaraq yandan iki tank əleyhinə raket də montə etmək olar. Şirkətin istehsalı olan HİTROLE döyüş qüllələri isə məsafədən idarə edilən, yüngül silahlarla, habelə 40 mm-lik avtomatik qumbaratanla təchiz olunan sistemdir.

Sistem silahların avtomatik olaraq yenidən doldurulmasını təmin edir, onu döyüş maşının içərisində oturmuş çoxfunksiyalı displeydən idarə edir. Döyüş qülləsi 360 dərəcə müşahidə aparmaq imkanı verən videokameralarla, istliyə həssas kameralarla təchiz edilib. Sistem hədəfi müəyyən edən kimi öz avtomatik olaraq onu nişana alır və atəşin idarə edilməsini kompüter həyata keçirir.

"Leonardo" şirkətinin istehsal etdiyi məhsullar arasında 155 mm-lik özüyeriyən, zirehli PZH 2000 qaubitsaları da yer alır. Bu özeyeriyən qaubitsalar yüksək sürəti və çevikliyi, NATO standartlarına uyğun 155 mm-lik mərmilərlə yüksək dəqiqlikli zərbələr endirməsi ilə tanınır. Qaubitsa avtomatik rejimdə 30-40 km məsafəyə böyük sayda mərmi ata bilir.

Şirkətin istehsal etdiyi geniş çeşiddə silah-sursat arasında DART idarəolunan sub-kalibr mərmiləri də xüsusi maraq kəsb edir. Bu mərmilər aerodinamik səthə malikdir və onun sayəsində uçuş zamanı daha az hava müqaviməti ilə qarşılaşır, daha yüksək sürətə malik olur. Uçuş zamanı DART öz trayektoriyasını dəyişə və yenidən hədəfə tuşlana bilər. Şirkət bildirir ki, DART sub-kalibr mərmiləri manevr edən raketlərə və dənizdə kiçikhəcmli manevr edən hədəflərə qarşı olduqca effektivdir. Hansı ki, bunlar asimmetrik münaqişələrdə geniş yayılmış situasiyadır. Belə situasiyalarda iri və bahalı hərbi-dəniz platformalarının, gəmilərin təhlükəsizliyini partlayıcı yüklü kiçik qayıqlar təhdid edə bilər. Şirkət o cümlədən 127 və 155 mm-lik idarə olunmayan "Vulcano" raketlərini də istehsal edir.

"Leonardo" şirkətinin məhsulları arasında bir neçə tip sualtı aparatlar, boru kəmərləri üçün sensorlar, sualtı kəşfiyyat aparmaq üçün SONAR qurğuları, anti-torpedo sistemləri də yer alır. O cümlədən şirkət kibertəhlükəsizlik sistemləri,kəşfiyyat strukturları üçün xüsusi izləmə proqramları və bu sahədə digər bir sıra məhsullar da təklif edir.

Bir sözlə, "Leonardo" şirkəti Azərbaycanın silahlı qüvvələrindən tutumuş hərbi dəniz qüvvələrinə, sərhəd və təhlükəsizlik strukturlarından neft və aviaşirkətlərinə qədər ən müxtəlif sahələrdə potensial tərəfdaşlar tapa bilər. Və Azərbaycanın bu şirkətlə yüksək səviyyədə tərəfdaşlıq münasibətləri yaratması mühüm hadisədir.

Bəs Avropa İttifaqının üzvü kimi İtaliya öz şirkətinin istehsal etdiyi məhsulları Azərbayana sata bilərmi? Bu, Qərbin Azərbaycana qarşı silah embarqosu şəraitində mümkün ola bilərmi?

Məlum olduğu kimi Qarabağ münaqişəsi tərəflərinə silah satışından çəkinməyə dair Avropa Parlamentinin icrası məcburi olmayan, tövsiyə xarakterli qətnaməsi var. Lakin uzun illərdir ki, Avropa ölkələri həmin qətnaməyə əməl edirlər. Bununla belə bu günlərdə Çexiya istehsalı olan "Dana" özüyeriyən qaubitsalarının və "RM-70" reaktiv artilleriya sistemlərinin böyük partiyası Azərbaycanda nümayiş olunanda belə əminlik yarandı ki, buz sınıb. Və Azərbaycan artıq Avropa ölkələrindən də silah-texnika ala bilər...