"Cümhuriyyət parkı yaradılsın"

"Cümhuriyyət parkı yaradılsın"

3 Oktyabr 2017 20:01
Bəyəndim (0) Bəyənmədim (0)

Еanınmış tarixçi-alim Dilavər Əzimli maraqlı bir təkliflə çıxış edib.

Moderator.az xəbər verir ki, o, sosial şəbəkədəki statusunda belə yazıb:

"Qarşıdan 2018-ci il gəlir. Həmin il həm Bakının erməni-rus hərbi birliklərindən azad olunmasının, həm də Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyidir! Bu iki tarixi hadisə Azərbaycan türklərinin həyatında böyük önəm kəsb edir. Biz bu tarixi hadisələrin səbəbkarlarının qarşısında hələ də layiqli şəkildə borcumuzu yerinə yetirə bilməmişik. Düzdü, bununla bağlı tədbirlər planı həyata keçiriləcəkdir. Amma yaxşı olardı ki, 2018-ci ildə, yəni 100 illik çərçivəsində Cümhuriyyət parkı yaradılsın. Bu parkda Cümhuriyyətə gedən yolda zəhməti olmuş bütün aydınlarımızın, Cümhuriyyət xadimlərinin,o cümlədən Xosrov və Sultan bəy, Ənvər və Nuru paşa qardaşlarının heykəlləri ucaldılsın. Bu abidə kompleksi onların hamısının şərəfinə ən böyük hörmət olardı!"