Poroşenko ilə erməniəsilli nazir arasında qalmaqal

Poroşenko ilə erməniəsilli nazir arasında qalmaqal

3 Oktyabr 2017 18:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna daxili işlər naziri Arsen Avakovun köməkçisi, deputat Anton Qeraşenko "ICTV" kanalının efirində öz rəisi və prezident Pyotr Poroşenko arasında münaqişə barədə danışıb. Onun sözlərinə görə, onlar arasında münaqişə Poroşenkonun prezident seçildiyi ilk gündən başlanılıb.

AzVision.az xəbər verir ki, Qereşenko vurğulayıb ki, tərəflər arasında münaqişənin səbəbi Ukraynada təhlükəsizliyin təmin olunması və kriminal araşdırmalara müxtəlif cür yanaşma olub.

Qeraşenko bəyan edib ki, Poroşenko hüquq-mühafizə orqanlarını öz nəzarəti altına götürmək istəyib: ""Xalq cəbhəsi, şəxsən mən və Arsen Avakov bunun çox pis president olduğunu düşünürük. Çünki sabiq prezident Viktor Yanukoviç də tam olaraq güc strukturlarına nəzarət edirdi. Siz bunun nəyə səbəb olduğunu bildiniz".