Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib

Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib

3 Oktyabr 2017 18:17
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib.

"Ukrainski Novini" xəbər verir ki, bunu Saakaşvilinin vəkili Markiyan Qalabala deyib.

Onun sözlərinə görə, Ukraynanın Miqrasiya Xİdməti hələlik Saakaşvilinin müraciətinə cavab verməyib. Halbuki qanuna görə, siyasi sığınacaqla bağlı müraciətə 24 saat ərzində cavab verilməlidir.

Bildirilir ki, Ukrayna hökuməti siyasi sığınacaq istəyən Saakaşvilini ekstradisiya edə bilməz.

Qeyd edək ki, Gürcüstan tərəfi Ukraynadan Saakaşvilinin ekstradisiyasını tələb edir.