Türkiyə “Fırtına”ları İraq sərhədinə yeritdi

Türkiyə “Fırtına”ları İraq sərhədinə yeritdi

3 Oktyabr 2017 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri Şimali İraqla sərhəddə yerləşən Habur qapısının yaxınlığında həyata keçirdiyi təlimlər zamanı ilk dəfə "Fırtına" haubitsalarından atəş açıb.

Axar.az xəbər verir ki, təlim zamanı quraşdırılmış düşmən hədəfləri haubitsalarla, tanklarla darmadağın edilib. Canlı döyüşlərdən fərqlənməyən təlimlər zamanı təkcə zirehli texnikanın deyil, türk əsgərinin də şücaəti nümayiş etdirilib.

Qeyd edək ki, türk ordusu Silopi rayonunun Habur sərhəd qapısının yaxınlığında 18 sentyabrdan bəri hərbi təlim keçir.