Baxçalı: Kərkük 82, Mosul isə 83-cü vilayətimiz olacaq

Baxçalı: Kərkük 82, Mosul isə 83-cü vilayətimiz olacaq

3 Oktyabr 2017 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq.

Axar.az xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının qrup toplantısında çıxışı zamanı partiya lideri Dövlət Baxçalı söyləyib.

"Sərhədlərimiz pozulsa, 82-ci vilayətimiz Kərkük, 83-cü isə Mosul olacaq. Bunun qarşısında heç bir güc dayana bilməyəcək. Sərhədimiz yaxınlığında kürd dövlətinin yaradılmasına səbir göstərmək gözümüzün önündə edam fərmanımızın yazılmasına səssiz qalmağımız deməkdir", – deyə o bildirib.