Həmsədrlər bu həftə regiona səfər edəcək

Həmsədrlər bu həftə regiona səfər edəcək

2 Oktyabr 2017 15:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə İrəvan və Bakıya səfər edəcək.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, o, yerdə vəziyyətlə tanışdıq məqsədilə rəsmilərlə görüşlər keçirəcək.

Məlumatda o bildirilir ki, bölgədə olduğu zaman A.Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək.

"Dağlıq Qarabağ münaqişəsini danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflər ilə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk Qrupundakı həmsədri Cənab Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk Qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir. Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Son Aktının və gücün və ya güc təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır",- deyə səfirliyin məlumatında deyilir.