Atambayevdən çevrilişə reaksiya: “Sərt olacağıq”

Atambayevdən çevrilişə reaksiya: “Sərt olacağıq”

2 Oktyabr 2017 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstandakı stabilliyi pozmağa yönələn istənilən cəhdin qarşısı sərt şəkildə alınacaq.

Axar.az xəbər verir ki, bunu Qırğızıstan Təhlükəsizlik Şurasında çıxışı zamanı Prezident Almazbek Atambayev söyləyib. Onun sözlərinə görə, seçki dövründə ölkədə stabilliyin qorunması ən vacib məsələdir.

Qeyd edək ki, dünən Qırğızıstan deputatı Kanatbek İsayevə qarşı kütləvi iğtişaşların təşkili və dövlət çevrilişinə cəhdi ittihamı ilə cinayət işi açılıb. Hökumətin iddiasına görə, İsayev çevrilişi məhz 15 oktyabrda keçiriləcək seçki zamanı törətmək istəyirmiş.

İsayev bundan öncə prezidentliyə namizədliyini irəli sürsə də, Qırğızıstan Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb. Nəticədə İsayev prezident seçkisində ölkənin ana müxalifəti olan Ata-Yurd Partiyasının namizədi Omurbek Babanovu dəstəkləyəcəyini bildirib.

Ölkədə seçki 15 oktyabrda keçiriləcək. Hazırkı Prezident Almazbek Atambayev öz namizədini vəzifəyə gətirməyi planlaşdırır.