Azərbaycan XİN-dən Kataloniya ilə bağlı AÇIQLAMA

Azərbaycan XİN-dən Kataloniya ilə bağlı AÇIQLAMA

2 Oktyabr 2017 10:45
232
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.