Azərbaycanda yeni medal təsis edilir

Azərbaycanda yeni medal təsis edilir

2 Oktyabr 2017 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.

Trend xəbər verir ki, "Azərbaycan Polisinin 100 illiyi" medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcəklər.

Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalından sonra taxılır.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, diametri 37 mm və şüaları olan 8 guşəli lövhədən ibarətdir.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.