Kataloniya: Müstəqillik referendumunda polis müdaxiləsi

Kataloniya: Müstəqillik referendumunda polis müdaxiləsi

1 Oktyabr 2017 16:42
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu üzrə səsvermə prosesi polisin müdaxiləsilə müşayiət olunur.

İspaniya hökuməti vəd edib ki, Konstitusiya məhkəməsi tərəfindən qeyri-qanuni tanınan referenduma yol verməyəcək.

Polis seçiciləri səsvermə məntəqələrinə buraxmır, bülleten və səsvermə qutularını müsadirə edir.

Kataloniya hökuməti buna rəğmən davamiyyətin yüksək olduğunu proqnoz edib.

Referendumun təşkilatçılarına əsasən məntəqənin bağlı olduğu təqdirdə seçici başqa məntəqədə səs verə bilər.

Seçicilərə həmçinin öz bülletenlərini çap etmək tövsiyyə olunur.BBC