Nigeriya prezidenti məlum olmaq üzrədir

Nigeriya prezidenti məlum olmaq üzrədir

16 Aprel 2011 14:06
1 259
Bəyəndim (0) Bəyənmədim (0)

Afrikanın əhali sayına görə ən sıxlıq ölkələrindən biri olan Nigeriyada prezident seçkiləri artıq başlayıb. Yerli vaxtla 12.00-da başlayan seçkilərdə hazırkı lider Qudlak Conatan yenə də favoritdir. 150 milyon əhalisi olsa da, 73 milyondan çox seçicisi olan Nigeriya Afrikanın ən çox və ən böyük neft istehsal edən ölkəsidir. Və bu ölkə bir neçə gün sonra yeni prezidentini salamlayacaq, yeni seçilmiş lider isə xalqı qarşısında baş əyərək, and içəcək.

Söhbət neft ölkəsindən düşmüşkən, Qərb ölkələrinin təşkilatçılığı ilə üzün illər Nigeriyada da vətəndaş müharibəsi davam edib.

Həbib Şahməmmədov

O.M.