Obama "lay-lay" çaldı

Obama "lay-lay" çaldı

16 Aprel 2011 13:24
936
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident danışdı, müavini yatdı

ABŞ-ın vitse-prezidenti Coe Bayden Obamanın son çıxışı zamanı yatdı! Amerika tele-kanallarında yayımlanan görüntülər dünəndən etibarən bütün ölkə ilə bərabər dünyanın da təəccübünə səbəb olub. Belə ki, Lider Barak Obama "Corc Vaşinqton" universitetində büdcə və sağlıq sığortası ilə bağlı çıxış edirdi. Bu zaman sədr müavini yuxunun "əsarəti" altına düşdü, gözlərinin bağlanmasına mane ola bilmədi və mürgüləməyə başladı.

Jurnalistlərin obyektindən yan keçməyən bu görüntülər yəqin ki, yuxuda olanları da oyada biləcək...

Günel Şahməmmədova

O.M.