Putin 6 il ərzində SSRİ-ni bərpa etməyə çalışacaq

Putin 6 il ərzində SSRİ-ni bərpa etməyə çalışacaq

5 Oktyabr 2011 14:26
Bəyəndim (0) Bəyənmədim (0)
Avrasiya İttifaqının vahid valyutası olacaq

Rusiyanın Baş naziri, prezidentliyə real namizəd Vladimir Putin SSRİ-ni bərpa etmək istədiyini heç kimdən gizlətmir. Onun fikrincə, yeni qurum Avrasiya İttifaqı adlanacaq və Avropa Birliyini şərq modeli olacaq. Bu, onun prezidentlik fəaliyyətinin prioritet məsələsinə çevriləcək. Baş nazirin mətbuat katibi Dmitri Peskovun fikrincə yeni "ittifaqın" vahid valyutası olacaq. Putin yaxın 6 ilə planları haqda "Avrasiya üçün yeni inteqrasiya layihəsi - bu gündən doğan gələcək" başlıqlı məqaləsində niyyətini açıq-aydın bəyan edir: "Rusiya, Belorus və Qazaxıstan birinci mərhələni keçdilər. 2012-ci ilin ilk günündən etibarən vahid iqtisadi məkan fəaliyyətə başlayacaq. Biz qarşımıza ambisiyalı məsələ qoymuşuq: inteqrasiyanın növbəti və daha yüksək mərhələsinə qədəm basmaqla Avrasiya İttifaqını yaratmaq."

Qərb politoloqlarının fikrincə, Rusiyanın strateji məqsədi çar I Pyoturun yaratdığı imperiyanı 1900-cü il sərhədlərində bərpa etməkdir. SSRİ dağıldıqdan sonra heç bir funksiya daşımayan MDB də köhnə əraziləri nəzarət altında saxlamaq məqsədini güdürdü.

Bir kərə yüksələn bayraq bir daha enməz!

Hafiz Əhmədov

O.M.