Barak Obama dünyanı və əfqan xalqını aldatdı

Barak Obama dünyanı və əfqan xalqını aldatdı

4 Oktyabr 2011 12:53
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ qoşunları 2014-cü ildən sonra da bu ölkədə qalacaq

ABŞ hərbi kontingenti 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq. CBS televiziya şirkətinə müsahibə verən ABŞ və NATO qoşunlarının Əfqanıstandakı komandanı general leytenant Con Allen bildirib ki, NATO-nun 2010-cu il noyabr ayında Lissabonda gəldiyi yekdil qərara əsasən ABŞ 2014-cü ildən etibarən yalnız Əfqan qoşunlarının "hazırlıq və yardım" işlərini həyata keçirməli idi.

O zaman Barak Obama 2011-ci ildən başlayaraq nəzarətin Əfqan ordusuna veriləcəyini bildirmişdi. Bu ilin sonuna kimi 10 min amerikan hərbçisi ölkədən çıxarılmalı idi və 2014-cü ildə Əfqanıstanda yalnız hərbi ekspertlər və məsləhətçilər qalacaqdı.

Lakin general Allen məsələyə fərqli yanaşma sərgilədi. O dedi: "Biz qalib gəlmək əzmindəyik. Bizim plan uğurla həyata keçiriləcək. Çoxlarının düşündüyünün əksinə olaraq, qoşunlarımız 2014-cü ildən sonra da uzun müddət Əfqanıstanda qalacaq." Ordu komandanı həmçinin ölkədə qalacaq hərbi qüvvələrin sayının dəqiqləşdiriləcəyini bildirdi.

Qərb demokratiya adı altında dünyanı işğal etməkdə davam edir...

Hafiz Əhmədov

O.M.