Əhmədi Nejat yenə ittiham etdi

Əhmədi Nejat yenə ittiham etdi

15 Aprel 2011 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Kütlə qarşısında çıxış edən Əhmədi Nejat bölgədə yaşayan xalqlara xəbərdarlıq göndərib.

O, "bölgədə yaşayan xalqları bir-birinə düşmən etmək istəyirlər", - deyə mesaj göndərib.


"İrna"-nın verdiyi məlumata görə, Əhmədi Nejat Beluca şəhərinə səfəri zamanı xalq qarşısında çıxış edərkən, "Ərəb ölkələrində baş verənlər xalqların oyanışıdır və Sionizm tərəfdarları haqlarını tələb edən insanlara məğlub oldular", - deyib.


"Hər bir xalqın azad olmaq və istədiyi quruluşu müəyyənləşdirmək haqqı var", - deyən Əhmədi Nejat bölgə xalqlarını diqqətli olmağa səsləyib.

Daha sonra o, "Dünyadakı kasıblıq, zülm, fitnə və qətliamlar şeytana alət olanların əməlidir", - deyib.


"Keçəlin dərmanı olsa, öz başına çəkər", - deyiblər. Xalqların oyanışı və üsyan dalğasından qorxan Əhmədi Nejat öz gözündəki çöpü görmədən başqalarının gözündə tir axtarır. 35 milyonluq azərbaycanlının səsini boğmağa çalışan Əhmədi Nejat, sənə də növbə çatacaq!

Elvin Babayev

O.M.