Milli Məclis yenidən fəaliyyətə başladı

Milli Məclis yenidən fəaliyyətə başladı

30 Sentyabr 2011 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin payız sessiyası öz işinə başlayıb. Məlumata görə, sessiya Azərbaycan himninin səsləndirilməsi ilə açıq elan edilib. Payız sessiyasının ilk plenar iclasında gündəliyə 27 məsələ salınıb.

Ümumilikdə Milli Məclisin payız sessiyası ərzində "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Şəhərsalma və tikinti məcəlləsi", "Təhsil krediti haqqında", "Ali təhsil haqqında", "Pasientin hüquqları haqqında", "Mədəniyyət haqqında", "Muğam sənəti haqqında", "Bələdiyyələrin hesabatı haqqında" qanun layihələri parlamentin 1-ci oxunuşuna təqdim olunacaq. Həmçinin sessiya zamanı "Kənd təsərrüfatı kooperasiyası" haqqında qanun layihəsinin 2-ci, "Rəqabət məcəlləsi" və "Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin olunması haqqında" qanun layihələrinin üçüncü oxunuşda müzakirəyə çıxarılması gözlənilir.

Günel Həbib

O.M.