İtaliyanın baş naziri qocalığa doğru daha bir addım atdı

İtaliyanın baş naziri qocalığa doğru daha bir addım atdı

29 Sentyabr 2011 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün İtaliyanın baş naziri Silvio Berluskoninin doğum günüdür. Oxumeni.az xəbər portalının "Korrespondent"ə istinadən verdiyi məlumata görə, hökumət başçısının 75 yaşı tamam olur. Qeyd edək ki, Berluskoni Milanda doğulub. Cavan yaşlarından biznesə başlamış Silvio Berluskoninin indi də geniş biznesi var. "Forbes" jurnalının versiyasına görə, o, İtaliyanın ən zəngin adamları sırasında üçüncü yerdədir.

1990-cı ildə siyasətə gəlmiş Berluskoni ilk dəfə 1994-cü ildə baş nazir postunu tutub. Həmin vaxt hakimiyyətdə 1 ildən az qalmış Berluskoni 2001-ci ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra o, müharibədən sonrakı dövrdə İtaliyada səlahiyyət müddətini tam icra etməyə nail olmuş ilk şəxsdir. 2008-ci ildə Berluskoni üçüncü dəfə bu postu tutub.

Buna baxmayaq, Berluskoni özünü hələ də uşaq kimi aparır.

Günel Həbib

O.M.