"Doğum günümdə hədiyyə göndərəni işdən qovacam!"

"Doğum günümdə hədiyyə göndərəni işdən qovacam!"

29 Sentyabr 2011 14:06
Bəyəndim (0) Bəyənmədim (0)
Çeçenistan prezidenti ad günü qeyd etmələrini yasaqladı

Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov ad günü səbəbi ilə ölkəsindəki qeyd etmələri yasaqladı. "Kommersant" qəzetinin xəbərinə görə, prezident dövlət məmurlarına bu cür xəbərdarlıq edib: "Mənim ad günüm daha öncə də qeyd edilmədi, bundan sonra da edilməyəcək. Bunu birdəfəlik qadağan edirəm! Bundan başqa, əgər aranızda mənə ad günü hədiyyəsi vermək istəyən varsa, bu fikrindən daşınsın. Çünki dərhal işdən qovulacaq!" 5 oktyabrda baş tutacaq 35-ci ad gününün şərəfinə çıxan jurnalın o ayına qarşı da lider soyuqqanlılığını göstərdi: "5 oktyabr paytaxt Qroznının "şəhər günü" bayramıdır. Bu səbəbdən şəhərə gələn yerli və xarici qonaqlar layiqincə qarşılanmalıdırlar". Xatırladaq ki, Ramzan Kadırov həmin gün şəhərdə açılacaq yeni alış-veriş mərkəzinin açılışında Şakira və kamançı Vanessa Mayenin konsert proqramı ilə çıxış edəcəklərini söylədi.

Olmasaydı cahanda yaltaqlar...

Günel Həbib

O.M.