Həmsədr: "Təmas xəttindəki son hadisə danışıqların tezliklə bərpasının vacibliyini göstərir"

Həmsədr: "Təmas xəttindəki son hadisə danışıqların tezliklə bərpasının vacibliyini göstərir"

28 Fevral 2017 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Təmas xəttində baş verən son insident regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün tərəflərin tez bir zamanda danışıqları bərpa etməsinin vacibliyini göstərir".

Apa-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "armenpress.am" saytına müsahibəsində deyib.

"Mən və ATƏT-in Minsk qrupunun digər həmsədrləri fevralın 25-də bəyanat yayaraq atəşkəsə və güc tətbiq edilməməsi prinsipinə sadiqlik göstərilməsinə çağırış etmişik", - deyə həmsədr qeyd edib.

Mediainfo.az