Erməni baş nazir Gürcüstana gedəcək
Ermənistan baş naziri Karen Karapetyan Gürcüstana səfər edəcək.
Apa-nın "newsgeorgia.ge" saytına istinadən verdiyi məlumata görə, fevralın 23-də başlayacaq səfər iki gün davam edəcək.
Səfər zamanı K. Karapetyan Gürcüstan prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşlər keçirəcək. Görüşlər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq.
Mediainfo.az
Digər xəbərlər