Elmar Məmmədyarov bu gün BMT Baş Assembleyasında çıxış edəcək

Elmar Məmmədyarov bu gün BMT Baş Assembleyasında çıxış edəcək

27 Sentyabr 2011 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün BMT Baş Assembleyasının tribunasından dünya birliyinə müraciət edəcək. BMT Baş Assembleyasının 66-cı sessiyasında iştirak edən XİN başçısı bu gün başlayan 28-ci plenar iclasda çıxış edəcək. İclasda Azərbaycan xarici işlər nazirindən başqa daha 15 dövlətin yüksək səviyyəli şəxslərinin, o cümlədən Rusiya, Benin , Malavi və digər ölkələrin xarici işlər nazirlərinin çıxışı gözlənilir. Elmar Məmmədyarov çıxışında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıqlarını bölüşəcək və regionun digər problemlərinə toxunacaq. Bu barədə APA-nın ABŞ müxbirinə Azərbaycan rəsmilərindən biri məlumat verib.

"Çıxışın əsas mövzusu Qarabağ münaqişəsi olacaq, çünki erməni diplomatlar beynəlxalq birliyi çaşdırmaq üçün burada ciddi səy göstərirlər", - deyə rəsmi bildirib.

Elmar Məmmədyarov Azərbaycanın regional inkişafdakı rolundan və siyasətindən də danışacaq.

BMT Baş Assembleyası bu gün səhər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Fələstin problemini də müzakirə edəcək.

Tofiq Əliyev

O.M.