İran XİN: “Biz bunu qəbul etmirik və onu uğursuz hesab edirik”

İran XİN: “Biz bunu qəbul etmirik və onu uğursuz hesab edirik”

20 Fevral 2017 15:56
233

"Türkiyə bizim önəmli qonşularımızdandır. Bu ölkədə baş verən çevriliş cəhdindən sonra biz çoxlu yardımlar etmişik, amma ölkədəki ağır durum Türkiyənin anormal davranışına səbəb olub".

Apa-nın Tehran bürosunun məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı İranı məzhəbçi siyasət yetirməkdə günahlandırmasını şərh edən İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
B. Qasimi bildirib ki, Türkiyə hökumətinin bu cür davranışı daha çox ölkə daxilində və xaricində üzləşdiyi problemlər və bunun nəticəsində əsəbiləşməsi ilə əlaqədardır: "Biz bu çıxışların davam etdirilməsində maraqlı deyilik. Ümid edirəm ki, daha ayıq davranacaqlar və bu cür məsələlər təkrarlanmayacaq".

Türkiyənin Suriyada təhlükəsiz zona yaradılması ilə bağlı mövqeyinə toxunan B. Qasimi qeyd edib ki, Türkiyənin bu ideyası səhvdir: "Biz bunu qəbul etmirik və onu uğursuz hesab edirik".

Mediainfo.az