Lavrova sual verdiyi üçün "Lider"dən çıxarılan jurnalist danışdı: "Heç kimdən üzr istəməyəcəm"

Lavrova sual verdiyi üçün "Lider"dən çıxarılan jurnalist danışdı: "Heç kimdən üzr istəməyəcəm"

18 Fevral 2017 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrova verdiyi sualdan dolayı vəzifəsindən azad edilən, jurnalist Anar Həsənov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlundan üzr istəməyəcəyini bildirib.

Jurnalist onun səfirdən üzr istəmək istəməsi barədə yayılan xəbərə münasibət bildirərkən deyib.

Anar yayılan xəbərlərə biganə qalmayıb və "Kanal 13"-ə məsələ ilə bağlı acıqlama verib. "Polad Bülbüloğlundan üzr istəmək fikrində deyiləm və belə bir fikirdə heç vaxt olmayacam".

Xatırladaq ki, "Lider tv"nin keçmiş müxbiri Anar Həsənov Rusiya xarici işlər naziri Sergey Lavrova Dağlıq Qarabağdakı situasiya ilə bağlı cəsarətli sual ünvanlamış bu səbəbdən işinə son verilmişdi. Jurnalistin Rusiyadakı fəaliyyətinə xitam verilməsi barədə məsələ şəxsən Polad Bülbüloğlunun özü tərəfindən qaldırılıb. Səfir həm Anar Həsənovun verdiyi sualı, həm də Lavrovun qaytardığı cavabı ölkələr arasındakı münasibətlərə xələl gətirdiyini hesab edib. Polad Bülbüloğlu jurnalistin verdiyi sualı "təxribat" olaraq qiymətləndirmişdi.