Hollandiya türk hərbçilərin sığınacaq müraciətinə müsbət cavab verib

Hollandiya türk hərbçilərin sığınacaq müraciətinə müsbət cavab verib

14 Fevral 2017 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiya Avropa ölkələrində hərbi xidmətdə olan bir qrup türk hərbçinin siyasi sığınacaqla bağlı müraciətinə müsbət cavab verib.

apa-nın BBC-yə istinadən verdiyi xəbərə görə, həbs olunmaq ehtimalı olan hərbçilər Türkiyəyə qayıtmaqdan imtina ediblər. Sayları açıqlanmayan hərbçilərin 18 ay ərzində Hollandiyada qalmasına razılıq verilib. Hollandiya bu müddətdə həmin hərbçilərin günahsız olub-olmadığını araşdıracaq. Günahsız olduqları sübuta yetiriləcəyi təqdirdə onlar ailələri ilə birlikdə Hollandiyada yaşamaq icazəsi əldə edəcək, Türkiyəyə təhvil verilməyəcəklər.

Bildirilir ki, rəsmi Ankara həmin hərbçilərin ölkəyə qayıtmasını tələb edib. Onlar isə həbsdən çəkinərək sığınacaq istəyiblər. Hollandiya dövlət televiziyası 15 iyul - hərbi çevrilişə cəhd hadisəsindən 100-dən çox türk hərbçinin xaricdən siyasi sığınacaq istədiyini açıqlayıb.

Almaniya mətbuatı NATO-da xidmətdə olan ən az 40 türk hərbçinin bu ölkədən sığınacaq istədiyini yazıb.

Mediainfo.az