“Röyters” Tramp-Putin telefon danışığının təfərrüatını açıqlayıb

“Röyters” Tramp-Putin telefon danışığının təfərrüatını açıqlayıb

10 Fevral 2017 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında yanvarın 28-də keçirilmiş ilk telefon danışığı zamanı Tramp Strateji Hücum Silahlarının (SHS) azaldılmasına dair sazişi tənqid edərək, onun ABŞ üçün uğursuz olduğunu bildirib.

Bu barədə "Röyters"ə danışığın detallarından məlumatlı olan, lakin adlarının hallanmasını istəməyən iki amerikalı məmur bildirib.

Mənbələrin məlumatına görə, telefon danışığı zamanı Rusiya prezidenti SHS sazişinə toxunarkən, Tramp danışığa fasilə verib və müşavirlərindən razılaşma barədə maraqlanıb.

Məlumatlandırıldıqdan sonra Tramp Putinə bəyan edib ki, qeyd olunan razılaşma eks-prezident Barak Obama administrasiyasının uğursuz sazişlərindən biridir. Onun sözlərinə görə, həmin saziş yalnız Rusiyanın maraqlarına cavab verir.

Qeyd edək ki, SHS sazişinin prezidentlər tərəfindən müzakirə edilməsi barədə nə Kreml, nə də Ağ Ev rəsmi məlumat yaymayıb.

Mediainfo.az