Cümə günü İran Donald Trampa cavab verəcək

Cümə günü İran Donald Trampa cavab verəcək

7 Fevral 2017 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

İran İslam Respublikasının Ali Rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib.

"Reuters" agentliyinin məlumatına görə, S.Ə.Xameneyi heç bir düşmənin İranı zəiflədə bilməyəcəyini bəyan edib:

"Tramp "Məndən qorxmalısınız" deyir. Xeyr! İran xalqı fevralın 10-da onun sözlərinə cavab verəcək və belə təhdidlərə qarşı dayandığını göstərəcək".

Qeyd edək ki, İranın həftəsonu ballistik raket sınaqlarına başlayacağı bildirilir.

Mediainfo.az