İqtidar Medvedevi yox, Putini dəstəkləyir

İqtidar Medvedevi yox, Putini dəstəkləyir

15 Aprel 2011 10:09
Bəyəndim (0) Bəyənmədim (0)
2 qoçun başı 1 qazanda qaynamaz

Rusiyanın iqtidar partiyası Putini Kremldə görmək istəyir. 2012-ci ildə keçiriləcək prezident seçkilərində iqtidar namizəd olaraq Vladimir Putini dəstəkləyəcəyini açıqlayıb. Interfaks agentliyinin verdiyi məlumatda Yuri Şuvlov, "partiyanın lideri Vladimir Putini 2012-ci ildə prezident kürsüsündə görmək istəyirik", - deyib.

Gələn ilin martında keçiriləcək seçkilərdə Medvedevin yoxsa Putinin namizəd olacağı hələ sual altındadır. Putin isə mətbuata verdiyi açıqlamada, "seçkilərə hələ bir il var, indidən bunu müzakirə etməyin mənası yoxdur", - deyib.

Qeyd edək ki, seçkilərin nəticələri və kimin namizəd olacağı Rusiyada gedən siyasi, iqtisadi və mədəni proseslərdən asılıdır. Bu seçkilərdə Putinin qayıdacağı, yoxsa Medvedevin növbəti beş il də hakimiyyətdə qalacağı hələ də müəmmalıdır.

İki qoçun başı bir qazanda qaynamaz. Odur ki, bir qoç mütləq o birini vurub sıradan çıxaracaq.

Elvin Babayev

O.M.