Mixail Saakaşvili Rusiyanın siyasətini sərt ittiham etdi

Mixail Saakaşvili Rusiyanın siyasətini sərt ittiham etdi

23 Sentyabr 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

BMT Baş Assambleyasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın siyasətini tənqid edib. O, Moskvanı öz qonşularına qarşı enerji şantajında və terror aktlarının təşkilində günahlandırıb.

Mixail Saakaşvilinin sözlərinə görə, Rusiya Gürcüstan ərazilərini işğal etməklə bərabər, birbaşa dialoq əvəzinə müxtəlif beynəlxalq oyunçular tərəfindən törədilən terror aktlarını, hücumları birbaşa təşkil edir. "Soyuq müharibə bitib. Lakin embarqo, şantaj və qəddar diktatdan Ukraynada, Moldova və Belarusa qarşı istifadə edilir", - Mixail Saakaşvili bildirib.

Gürcüstan prezidenti Yaxın Şərqdə xalq üsyanları nəticəsində hakimiyyətə gələn yeni rejimlərə "qızılgül inqilabı"nın təcrübəsindən yararlanmağı tövsiyə edib. O, xəbərdarlıq edib ki, tezliklə Tunis, Misir və Liviyadakı yeni hakimiyyətlərin qarşısına yeni problemlər çıxacaq. "Bu ölkələrdəki inqilabların uğuru lazımi islahatların nə qədər tez başlayacağından asılı olacaq", - Mixail Saakaşvili deyib.

Od olmayan yerdən tüstü çıxmaz, deyiblər.

Tofiq Əliyev

O.M.