Rusiya Dağlıq Qarabağdakı son seçkilərə loyal münasibət bildirdi

Rusiya Dağlıq Qarabağdakı son seçkilərə loyal münasibət bildirdi

22 Sentyabr 2011 21:16
Bəyəndim (0) Bəyənmədim (0)
Bununla belə, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacağını bəyan etdi

"Dağlıq Qarabağda özünüidarəetmə orqanlarına seçkilər sülh danışıqlarına mane ola bilməz". Belə bir bəyanatla bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksanfr Lukaşeviç çıxış edib. O, həmsədr ölkələrlə sıx işbirliyində olduqlarını vurğulayıb. Bundan əlavə Rusiya rəsmisi danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünün əsas prinsip olduğunu vurğulayıb. Rusiyanın mövqeyində o da bildirilib ki, bu ölkə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq niyyətində deyil.

Xatırladaq ki, 18 sentyabr günü separatçı rejimin 209 icmasında yerli özünüidarəetmə orqanlarına "seçkilər" keçirilib. "Seçkiləri" yalnız Ermənistan parlamentindən gəlmiş nümayəndə heyəti izləyib.

Bu hadisəni Azərbaycan da izlədi. Amma həmişəki kimi uzaqdan. Uzaqdan isə hər şey çox kiçik görünür...

Tofiq Əliyev

O.M.