Baş nazir ölkənin bayrağı altında sevişir

Baş nazir ölkənin bayrağı altında sevişir

21 Sentyabr 2011 12:24
Bəyəndim (0) Bəyənmədim (0)
"At Home With Julia" Avstraliyanın ilk qadın baş nazirindən bəhs edir

Avstraliyanın ilk qadın baş naziri 50 yaşlı Culiya Gilardın başı dərddədir. Belə ki, şəxsi həyatı barədə çəkilən "At Home With Julia" adlı serialda o, 54 yaşlı makler sevgilisi ilə intim həyat yaşayır. Və hələ ki, yalnız fraqmentləri yayımlanan serialda onun seks həyatı ölkənin bayrağını özündə əks etdirən örtüyün altında keçir. Feministlər tərəfindən tənqid olunan, Avstraliya Parlamentində müzakirə olunan bu səhnələr barədə Culiyanın səssiz qalması diqqət çəkir. Bəziləri Gillardın bu hərəkətini onun Avstraliyada son 40 ilin ən aşağı səviyyəli xalq səsini alması ilə əlaqələndirirlər.

Bir bayraq altında birləşmək gözəl adətdir. Amma belə yox.

Günel Həbib

O.M.