Qəddafi Sarkozinin "Mercedes"i ilə qaçdı

Qəddafi Sarkozinin "Mercedes"i ilə qaçdı

20 Sentyabr 2011 12:42
Bəyəndim (0) Bəyənmədim (0)
Radarı "söndürən" yüksək texnologiya möcüzəsi

Liviyanın eks lideri Müəmmər Qəddafinin Fransa prezidenti sayəsində aradan çıxdığı məlum oldu. Sən demə, Qəddafi Nikola Sarkozinin satışına qol qoyduğu, radara düşməyən, son texnologiya ilə ərsəyə gətirilmiş "Mercedes 4x4"lə qaçıb. " Mediapart" adlı sayta inansaq, Müəmmər bu maşını 2008-ci ildə Fransadan 5.5 milyon dollara alıb. "Stealth" - (hiyləgərlik) sistem sayəsində radara düşməyən, güllə keçirtməyən, 100 metr məsafəsində olan radio və radio sistemlərini sıradan çıxaran maşın Qəddafiyə imkan yaradır ki, o, istədiyi insanla istədiyi şəkildə əlaqə saxlasın.

Digər tərəfdən uzun müddətdir səsi-sorağı çıxmayan Seyfül İslam Qəddafinin Tripolidən 150 km. uzaqlıqdakı Bani-Vəliddə görüldüyü bildirilir.

Günel Həbib

O.M.