Liviya prezidenti məhkəmə qarşısında

Liviya prezidenti məhkəmə qarşısında

4 Aprel 2011 00:05
Bəyəndim (0) Bəyənmədim (0)
Afrikanın insan hüquqları üzrə məhkəməsi diktatoru dindirəcək

The Guardianın yaydığı məlumata görə, Afrikanın insan hüquqları üzrə məhkəməsi polkovnik Muammər Kəddafiyə çağırış vərəqi göndərib. Diktator bir neçə Liviya şəhərində dinc nümayişlərdə iştirak edən vətəndaşlara qarşı güc işlətməkdə ittiham olunur. Məhkəmə cari ilin 19 fevral tarixində Benqazi, Əlbayda, Derna, Əlzəviyə və Əcdəbiyə şəhərlərində törədilmiş qırğınlarda Liviya rəhbərini və hökumətini ittiham edir. Buna səbəb Liviya vətəndaşları tərəfindən məhkəməyə daxil olan çoxsaylı şikayət ərizələridir. BMT Təhlükəsizlik Şurasının Liviya hadisələrini qınayan 26 fevral tarixli qərarı da məhkəmədə əsas götürülmüşdür.

M.Kəddafinin həbs olunmasına vtriləcək order məsələsi hələlik həllini tapmamışdır.

Xatırladaq ki, fevralın ortalarından bu günə kimi davam edən hadisələr 12-15 min insanın ölümünə səbəb olub.

O.M.