Prezident ATƏT nümayəndələrini qəbul edib

Prezident ATƏT nümayəndələrini qəbul edib

14 Aprel 2011 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul edib.

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

ATƏT-in Minsk qrupunun üzvləri Azərbaycan, Ermənistan və separatçılar arasında üçbucaq şəklində səfər edirlər. Bu, məhəbbət üçbucağı olmasa da, labirintə çox bənzəyir. Mövcud labirintin yeganə çıxış yolu isə müharibədən keçir...

Elvin Babayev

O.M.