Müəmmər Qəddafi 10 yük maşını qızıl-brilliant qaçırtdı

Müəmmər Qəddafi 10 yük maşını qızıl-brilliant qaçırtdı

7 Sentyabr 2011 11:25
Bəyəndim (0) Bəyənmədim (0)
Karvanda avrolar və dollarla da dolu maşınlar da var imiş

Ölkəsindəki qalaları bir-bir müxaliflərə təslim edən Qəddafinin 250 avtomobillik karvanla Nigeriyaya qaçdığı bildirildi. "Reuters" xəbər agentliyi nigeriyalı əsgərlərin qoruduqları bu karvandakı zirehli avtomobillərdən yalnız 10-da qızıl-brilliant, dollar və avro olduğunu iddia etdi. Xəbərə görə, Müəmmər Qəddafi Nigeriyanın Aqadez bölgəsində məskunlaşıb.

Nigeriyanın Xarici İşlər naziri Bazum Məhəmməd isə bu xəbəri yalanladı. Qəddafinin sözçüsü Musa İbrahim isə eks liderin ölkəsində olduğunu və ölkəsini qorumağa çalışdığını açıqladı. Ancaq Nigeriyadan bu cür karvanın keçdiyi, onun içində dollar və avroların, üstəlik, Qəddafi tərəfdaşlarının da olduğu təsdiqlənib.

İtə ataram, yada satmaram.

Günel Həbib

O.M.