Səddam necə edam olunub? - iraqlı məmur açıqladı

Səddam necə edam olunub? - iraqlı məmur açıqladı

14 Sentyabr 2016 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın milli təhlükəsizlik üzrə müşaviri Mofak Rubayi 10 il əvvəl edam edilən prezident Səddam Hüseynlə bağlı sensasiyalı açıqlama verib.

Rubayi bildirib ki, sabiq İraq rəhbəri Səddam Hüseyn amerikalı əsgərlər tərəfindən İraq hakimiyyətinə təhvil verildikdən sonra, Qurban Bayramı günü edam olunub: "İraq rəhbərliyi Səddamın dərhal edam olunmasına səs verdi. Səddam Hüseynin məhz Qurban Bayramı günü edam olunması isə ərəb coğrafiyasında heyrətə səbəb oldu".

Müşavir deyib ki, İraqın sabiq lideri edam olunana qədər işlətdiyi cinayətlərə görə, əsla peşman olmadığını bəyan edib: "Mən Səddamı qapıda qarşıladım. Bizdən başqa oraya amerikalı və ya hər hansı əcnəbi daxil olmadı. Jaket və ağ köynək geyinən Səddam çox normal durumda idi, həyəcandan söhbət gedə bilməzdi, onun simasında heç bir qorxu əlaməti yox idi. Bəziləri bu an Səddamın qorxduğunu və ya uyşdurucu təsiri altında olduğunu deməyimi istəyir, ancaq mənim dediklərim tarixi həqiqətlərdir. Səddam Hüseyn peşman deyildi, Allaha dua edib günahlarının bağışlanması kimi hərəkətini əsla görmədim".

İraqın milli təhlükəsizlik müşaviri daha sonra söyləyib ki, Səddam Hüseyn edam üçün aparılanda əlində Qurani-Kərim olub: "Mən Səddamı edam qərarının oxunması üçün məhkəmə otağına apardım. Edam qərarını eşidən kimi Səddam əsəbləşdi və "Amerikaya ölüm", "İsrailə ölüm", "Yaşasın Fələstin" şüarları söyləməyə başladı".

Səddam Hüseynin edam olunması zamanı xəta edildiyini deyən Rubayi qeyd edim ki, İraqın keçmiş liderinin ayaqları bir-birinə bağlanıb: "Ancaq onun edam edilmək üçün nərdivanlarla yuxarı qalxması lazım idi. Ayaqları bağlı olan Səddam isə nərdivanları qalxa bilməzdi. Bu səbəbdən də mən və yanımdakı şəxslər Səddamı nərdivanlarla yuxarı qaldırmaq məcburiyyətində qaldıq".

Dönəmin milli təhlükəsizlik üzrə müşaviri daha sonra deyib ki, Səddam Hüseyn edam olunduqdan sonra cəsədi ABŞ hərbi təyyarəsi ilə Bağdada aparılıb: "Bağdadda hökumət binalarından biri hesab olunan və çox yüksək səviyyədə mühafizə edilən binaya apardıq. Burda da dövrün baş naziri Nuri el-Məlikinin qaldığı ev yerləşirdi. Biz cəsədi Malikinin evinə apardıq. Baş nazir də bizi təbrik etdi. Əslində Səddamın edam olunması Maliki ilə o dövrdə ABŞ prezidenti olan Buş arasındda baş tutan görüntülü müzakirədə qərara alındı. Prezident Buş Malikiyə "tutulan caniyə nə edəcəksiniz" sualı verdi. Maliki isə "asacağıq" cavabını verdi. Buş da bu zaman əlini və baş barmağını qaldıraraq bu qərardan razı qaldığını ifadə etdi".

Xatırladaq ki, Səddam Hüseyn 2006-cı ildə Qurban Bayramı günü edam olunub.

Mediainfo.az