Erkin Qədirli: "Səməd Seyidovu başqa şeylərə görə qınamaq gərəkdir"

Erkin Qədirli: "Səməd Seyidovu başqa şeylərə görə qınamaq gərəkdir"

13 Sentyabr 2016 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Milli Məclis üzvü Səməd Seyidovu Fransa Senatının ermənipərəst üzvü tərəfindən Parisdə təşkil olunmuş toplantıya qatıldığına görə qınayırlar. Nahaq yerə. Səməd Seyidov oraya getməklə düz iş görüb".

Bunu REAL üzvü, hüquqşünas Erkin Qədirli bildirib.

Onun fikrincə, siyasətdə görüşlərdən qaçmaq olmaz, gedib sözünü deməlisən: "Dediyin söz doğrudursa! Səməd Seyidovu başqa şeylərə görə qınamaq gərəkdir.
Örnəyi, bu yaxınlarda Rusiya telekanallarının birinə müsahibə verib. Orada deyib ki, Rusiya, Türkiyə və İran arasında yaxınlaşma Azərbaycanın milli maraqlarına uyğundur. Kökündən yanlış yanaşmadır".
E.Qədirli hesab edir ki, Rusiya, Türkiyə və İran arasında nə qədər çox ziddiyyət olarsa, bir o qədər Azərbaycan üçün yaxşıdır: "Bu üç ölkə arasında ziddiyyətlər bizim xarici siyasət fürsətlərimizi artırır. Bu ölkələrin yaxınlaşması, əksinə, xarici fürsətlərimizi azaldır .
Ölkəmizin ölçüsünü və yerləşmisini nəzərə alsaq, xarici siyasət fürsətlərimizin azalması iç siyasətimizə də mənfi təsir göstərəsədir. Bunu elə indi də aydın görmək olur". (politika)

Mediainfo.az